Modern.az

Barak Obama Rusiyaya qarşı sanksiyaları geri götürə bilər

Barak Obama Rusiyaya qarşı sanksiyaları geri götürə bilər

Təhsil

5 Sentyabr 2014, 23:02


ABŞ prezidenti Barak Obama Minskdə Ukrayna ilə separatçılar arasında atəşkəs sazişinin imzalanmasına münasibət bildirib.

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, Uelsdəki mətbuat konfransında Ağ Ev rəhbəri atəşkəs əməldə reallaşacağı təqdirdə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların qüvvədən düşəcəyini deyib.

“Əgər sülhlə bağlı bəndlərə əməl olunsa, sanksiyalar gündəmdən çıxarıla bilər. Biz atəşkəs sazişinə ümidlə baxırıq, amma əvvəlki təcrübəyə əsasən, buna bir qədər də şübhə ilə yanaşırıq”,-deyə Obama bildirib.                      

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı