Modern.az

Türkiyə İŞİD-lə bağlı sənədə imza atmadı

Türkiyə İŞİD-lə bağlı sənədə imza atmadı

Təhsil

12 Sentyabr 2014, 10:07


ABŞ prezidenti Barak Obamanın İraq və Suriyada strateji məntəqələri ələ keçirən “İslam dövləti” (əvvəlki adı İŞİD) terrorçu qruplaşmasına qarşı geniş bir koalisiya yaratmaq barədəki açıqlamasından sonra Ciddə şəhərində sessiya olub.

Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən sessiyada Türkiyə İŞİD-ə qarşı koalisiya yaradılması barədə sənədə imza atmayıb.  

ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harf da bunu təsdiqləyib.

O bildirib ki, ABŞ dövlət katibinin Türkiyə səfərində məsələ müzakirə olunacaq. “Toplantıya qatılan ölkələrin hamısı yekun sənədi imzalamadı. Körfəz ölkələri, Misir, İraq, İordaniya və ABŞ sənədə imza atıb”,-deyə Marie Harf qeyde dib.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı