Modern.az

Azərbaycanda kirayə evlərin qiyməti qalxdı

Azərbaycanda kirayə evlərin qiyməti qalxdı

Təhsil

18 Sentyabr 2014, 09:46


“İlin əvvəlindən daşınmaz əmlak bazarında təxminən 7% qiymət artımı müşahidə edilib. Artım üçün əslində heç bir əsas yoxdur. Çünki tikinti materialları və əmək qüvvəsində bu müşahidə olunmur. Deməli, bazarda “süni əl” gəzir”. Bunu Modern.az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

“Təkrar mənzil bazarında 2110$/kv.m, ilkin mənzil bazarında isə 1230$/kv.m. Qiymətlər gördüyünüz kimi, orta aylıq əmək haqqını dəfələrlə üstələyir. Bu göstəricilər isə üst-üstə düşəndə bazar real işləyir”.

Ekspert bildirib ki, torpaq bazarında da son ay ərzində stabillik olsa da, ilin əvvəlindən 8,1% artım baş verib.
“Səbəb isə insanların mənzil tələbinin böyük olmasıdır. Mənzil bazarında qiymətlər çox yüksəkdir, potensial alıcının ödəmə imkanı xaricindədir. Odur ki, insanlar torpaq bazarına üz tutur, 2-3 sot torpaq sahəsi alır, 30-35 min manata isə tikir. Cəmi, 40-50 min manata 3 otaqlı ev əldə edir və ödənişi də hissə-hissə edir. Mənzil bazarında isə bu qiymətə ən yaxşı halda 1 otaqlı ala bilərsən və ödəniş də birdəfəyə olmalıdır”.

“Mövsümlə əlaqədar kirayə qiymətləri 5,65%, ilin əvvəlindən isə 11,79% artıb. Digər tərəfdən isə son 3 ildə kirayə mənzil bazarında təklifin həcmi 20%-ə qədər azalıb”,- deyə Nüsrət İbrahimov əlavə edib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı