“Gömrük İttifaqına girməyə hazırlaşan Ermənistan və Qırğızıstan texniki təchizat səviyyəsinə görə təşkilata üzv dövlətlərdən fərqlənirlər. Bu onların Gömrük İttifaqına girişini mürəkkəbləşdirəcək”.
Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, bunu Belarusn dövlət gömrük komitəsinin sədr müavini Sergey Borisyuk deyib. O bildirib ki, Ermənistan və Qırğızıstan sərhəd quruluşuna görə də fərqlənirlər. Gömrük komitəsi rəsmisinin sözlərinə görə bu baxımdan adıçəkilən ölkələrin Gömrük İttifaqınq girişi sadə olmayacaq.
“Təşkilata üzv Rusiyada, Belarusda, Qazaxıstanda isə texniki məsələlərin həllinin dəqiq anlamı var. Biz nə etmək olduğunu yaxşı anlayırıq”,-deyə o bildirib.Modern.az