Sabah bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd etməyə başlayacaq. Qurbanlar kəsiləcək və ehtiyacı olanlara paylanacaq. Son illər Azərbaycanda bəzi rəhbər şəxslər iş yerlərində işçiləri üçün qurbanlar kəsir. Bəs jurnalistlər bu ənənənədn istifadə edəcəkmi?
Modern.az saytı bəzi KİV redaksiyaları ilə əlaqə saxlayaraq, “Redaksiya işçiləri üçün qurban kəsəcəksiniz” sualı ilə müraciət edib.
APA Holding-in baş direktoru Vüsalə Mahirqızı: “Açığı mən elə ənənələrdən istifadə etmirəm. İndiyə qədər də istifadə etməmişik. Bu il də düşünmürəm”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı: “Bu il redaksiyada qurban kəsməyəcəyik”.
Karabakhİnfo.com saytının baş redaktoru Zaur Qəriboğlu: “Bayrama hələ var düşünürük”.
Qafqazinfo.az saytının baş redkatoru Elbrus Ərud: “Biz şəriət saytı deyilik. Qurbanı da məhz bu günə saxlamırıq, olanda kəsirik”.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Redaksiyamızda qurban kəsməyəcəyik”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Yox, redaksiyamızda qurban kəsməyəcəyik”.
“525” qəzetinin baş redaktoru Rəşad Məcid: “Keçən il redaksiyamızda qurban kəsmişdik. Amma bu il kəsməyəcəyik”.
Rüfanə GÜNƏŞ