Modern.az

Azərbaycanda 2450 avtomobil axtarışa verilib

Azərbaycanda 2450 avtomobil axtarışa verilib

Təhsil

9 Oktyabr 2014, 12:21


Hazırda ölkə üzrə 2450 müxtəlif markalı avtomobil axtarışdadır. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, axtarışda olan avtomobillərdən 65-i Xəzər, 216-sı Səbail, 27-si Qaradağ, 210-u Binəqədi, 120-si Sabunçu, 151-i Nərimanov, 287-si Nəsimi, 207-si Nizami, 357-si Yasamal, 87-si Suraxanı, 162-si Xətai, 1-i Ağdam, 7-si Ağdaş, 2-si Ağcabədi, 5-i Hacıqabul, 15-i Ağstafa, 5-i Şirvan, 32-si Abşeron, 1-i Astara, 20-si Bərdə, 5-i Beyləqan, 3-ü Oğuz, 1-i Göyçay, 3-ü Daşkəsən, 4-ü Cəlilabad, 2-si Şabran, 24-ü Yevlax, 8-i Zaqatala, 1-i Zərdab, 4-ü İmişli, 6-sı İsmayıllı, 2-si Qazax, 11-i Goranboy, 2-si Qax, 1-i Kəlbəcər, 37-si Nizami (Gəncə), 58-si Kəpəz, 1-i Gəncə, 2-si Quba, 5-i Qusar, 1-i Qəbələ, 7-si Kürdəmir, 1-i Lənkəran, 6-sı Masallı, 20-i Mingəçevir, 2-si Tərtər, 1-i Naftalan, 1-i Neftçala, 1-i Saatlı, 3-ü Sabirabad, 5-i  Salyan, 37-si Sumqayıt, 7-si Tovuz, 1-i Ucar, 9-u Göygöl, 7-si Xaçmaz, 7-si Şəmkir, 2-si Samux, 7-si Şəki, 4-ü Şamaxı, 1-i Siyəzən, 4-ü Babək, 287-si  Təchizat İdarəsi tərəfindən (hər bir rayonun polis idarəsi) axtarışa verilib.

Oğurlanmış avtomobillərin siyahısına “Vaz 2106” markası başçılıq edir. Daha sonra “Qaz 31”, “Qaz 24”, “ZAZ”, “Zil”, “KAMAZ”, “UAZ”, “URAL”, “Mersedes”, “Mitsubishi”, “Moskviç” markaları siyahını davam etdirir. Onların böyük çoxluğunun oğurlanma tarixi 1990-1995-ci illəri əhatə edir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı