Modern.az

Təhsil Nazirliyi Tələbə Forumu keçirəcək

Təhsil Nazirliyi Tələbə Forumu keçirəcək

Təhsil

9 Oktyabr 2014, 14:36


Oktyabrın 10-11-i Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci Tələbə Forumu keçiriləcək.

Modern.az xəbər verir ki, Forumda SABAH qruplarında təhsil alan ölkənin müxtəlif ali təhsil müəssisələrindən 250 nəfərə yaxın tələbənin iştirakı nəzərdə tutulur.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolu, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir. Tədbir çərçivəsində tələbələr üçün "master class"ların, müxtəlif mövzularda müzakirə panellərinin, idman və əyləncə xarakterli tədbirlərin təşkili nəzərdə tutulub.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı