Modern.az

Milli Məclisin növbəti iclasında 30 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti iclasında 30 məsələ müzakirə olunacaq

Təhsil

9 Oktyabr 2014, 17:57

Milli Məclisin oktyabrın 17-də keçiriləcək növbəti iclasının gündəliyi bəlli olub. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun  Modern.az saytına verdiyi məlumata görə növbəti plenar iclasın gündəliyinə 30 məsələ daxil edilib. Bunların arasında  “Hərbi qulluqçuların statusu haqqında”, “Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında”,  “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Reklam haqqında”, “Qaçqınların və Məcburi köçkünlərin ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında”, Turizm haqqında”, “Yoluxucu xəstəliklərin immun-profilaktikası haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və digər qanunlara dəyişikliklər var. Payız sessiyasının ikinci iclasında Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “Sosial sığorta haqqında”, “ QHT-lər,  ictimai birliklər, fondlar  haqqında” qanunlara dəyişikliklər də müzakirə olunacaq.

Namidə BİNGÖL   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı