Modern.az

Lavrov Türkiyəni HƏDƏLƏDİ

Lavrov Türkiyəni HƏDƏLƏDİ

Təhsil

10 Oktyabr 2014, 13:29


Türkiyənin Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi şərti ilə İŞİD-ə qarşı əməliyyatlart keçirəcəyi qərarına Rusiyadan sərt reaksiya gəlib.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı atacağı addımlara münasibət bildirib:

“Terrorla mübarizəni bəhanə edib, Suriyadakı rejimi dəyişdirmək niyyətləri Rusiya tərəfindən qəbul edilməzdir. Biz bunu təəssüflə qarşılayırıq”.  

Bildirək ki, oktyabrın 2-də Türkiyə parlamenti hökumətin orduya ölkə xaricində hərbi əməliyyatlar keçirmək hüququ tanıyan qanun layihəsini qəbul edib. Bununla da, Türkiyə İŞİD-ə qarşı mübarizədə Suriya və İraqda hərbi əməliyyatlar apara biləcək. Hələlik isə, Türkiyə ölkə xaricində əməliyyatlara başlamayıb.


Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı