Modern.az

“Çelsi”nin oyunçusu Azərbaycana qarşı təxribata qoşuldu

“Çelsi”nin oyunçusu Azərbaycana qarşı təxribata qoşuldu

Təhsil

10 Oktyabr 2014, 14:00


Ermənistanlı futbol azarkeşləri 2016-cı il Avropa Çempionatının qrup təsnifat mərhələsi çərçivəsində Ermənistan yığması ilə Yerevanın Respublika stadionunda görüş keçirəcək Serbiya yığmasının ulduz futbolçusunu təxribata cəlb edib.

Modern.az xəbər verir ki, Serbiya millisinin və “Çelsi” futbol klubunun yarım müdafiəçisi Nemanya Matiç əhatəsindəki erməni azarkeşlərlə birlikdə Yerevanın Müstəqillik meydanında əlində “Qarabağ Ermənistanındır, Kosovo Serbiyanın” sözləri yazılmış plakat tutub.     

Xatırladaq ki, 26 yaşlı Nemanya Matiç 2014-cü ilin yanvarında 25 milyon avro qarşılığında “Benfika” klubundan “Çelsi”yə transfer olmuşdu.    

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı