Moskvada, Azərbaycan diasporunun mədəni məkanı sayılan “Bakı” kinoteatrında “Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafında və möhkəmlənməsində rolu” adlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Slavyan Gənclər Assosasiyasının Rusiya nümayəndəliyi və Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun təşkilatçıliğı, "İnteraz" telekanalının informasiya dəstəyi ilə təşkil olunan gecə Azərbaycan və Rusiya dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra müstəqilliyimiz haqqında film nümayiş edilib. ASGA-nın rəhbəri Səbuhi Abbasov tədbir iştirakçılarına mərhum prezident Heydər Əliyevin şəxsiyyəti, onun Azərbaycan tarixindəki rolu barədə məlumat verib.ÜAK-nın içraci direktoru İlqar Haciyev isə Heydər Əliyevin Azərbaycan üçün, Azərbaycan xalqı üçün böyük əməyindən danışdı.
Tədbirdə, həmçinin, Rusiya Federasiyasında fəaliyyət göstərən azərbaycanlılar da ASGA tərəfindən mükafatlandırıldı.
Belə ki, 6000 dən çox gənc, Kütləvi İnformasiya Vasitələri və qeyri-hökmət təşkilatları arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycanın Rusiya Federasiyasındaki səfiri Polad Bülbüloğlu “İlin səfiri” adına, Ümumrusiya Azərbaycan kongresi və şəxsən içraci direktor İlqar Hacıyev “İlin dispor təşkilatı” adına layiq görülüblər. Azərbaycançiliğın Rusiyada yayılmasına görə Azərbaycan mədəniyyətinin inkişaf və intibah fondunun rəhbəri Şəmil Tağıyev, informasiya dəstəyinə və göstərilən təşkilati yardıma görə "İnteraz" telekanalının redaktoru İqbal Rüstəmov və ASGA-nın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev mükafatlandırılıblar.
Tədbir çərçivəsində artiq bir aydır ki, davam edən “Heydər Əliyevin Azərbaycan müstəqilliyinin inkişafı və möhkəmlənməsində rolu” adlı müsabiqənin yekunları da açıqlanıb. Müsabiqədə iştirak edən 200-ə yaxın gənc arasında birinci yerə - Ümumrusiya Azərbaycan Konqresi saytının baş redaktoru və Rusiya Hamı Üçün internet portalının redaktoru - gənc jurnalist və yazar Nilufər Şıxlı layiq görülüb.
Gənclərə Heydər Əliyev Fondu və ASGA tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir bayram süfrəsi arxasında qeyri-rəsmi formada davam etdirilib.