Modern.az

Səməd Seyidov: “Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır”

Səməd Seyidov: “Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır”

Təhsil

17 Oktyabr 2014, 13:02

“Avropa Parlamentinin içərisində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması erməni təbliğatının məhsuludur”.
Modern.az saytı xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyib.

 O bildirib ki, rəsmi təşkilatlar belə bir qrupun yaradılmasına imkan verməz:

“Azərbaycanın mövqeyi beynəlxalq strukturlarda getdikcə möhkəmlənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri həmin məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bununla da Avropa Parlamentini çıxılmaz vəziyyətdə qoyurlar. Azərbaycanın Avropa Şurasında fəaliyyəti, Fikrət Məmmədovun çıxışı nəticəsində qəbul olunmuş bəyanatdır. Orada bizim səfirimizin çıxışı da çox önəmli oldu. Qarşı tərəf, sadəcə olaraq insan haqlarından istifadə edərək, Azərbaycana təzyiqlər edirlər. Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır. Hesab edirəm ki, Azərbaycanın girov düşmüş və bir milyondan çox məcburi köçkünün insan haqlarından danışmayıb, həbsdə olan bir-iki nəfərin hüququnu qabartmaq, qərəzlidir”.

Aqşin KƏRİMOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı