Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Konsul Nizamnaməsinə dəyişikliklər edilib. Modern.az saytı xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri məhdudlaşdırılıb.
Nizamnamənin 39-cu maddəsində qeyd edilir ki, konsul Azərbaycan ərazisinə daxil olmaq, onu tərk etmək, bu ərazidən tranzitlə keçmək üçün verilən vizaların vaxtını uzatmaq və verilən vizalarda dəyişikliklər etmək hüququndan məhrum edilir.
Bununla yanaşı, “Hərbi qulluqçuların statusu haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Reklam haqqında” və digər qanunlara dəyişikliklər də qəbul olunub.
Aqşin KƏRİMOV