Modern.az

“Taksim dünyanın ən çirkli meydanıdır” – Əhməd Davudoğlu

“Taksim dünyanın ən çirkli meydanıdır” – Əhməd Davudoğlu

Təhsil

20 Oktyabr 2014, 09:52


Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və inkişaf partiyasının (AKP) bələdiyyə başçılarının yığıncağına jurnalistlərə maraqlı açıqlamalar verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Davudoğlu şəhər və mədəniyyət mövzusunda kitab yazdığını və kitabın bitmək üzrə olduğunu deyib:
“İstanbulla əlaqədar hissəni Gəzi parkı hadisələriylə eyni günlərdə yazmışam. Mənə “Taksim dünyanın ən yaxşı meydanıdır” deyənlərə, “xeyr Taksim dünyanın ən çirkli meydanıdır” cavabını verirəm. Mənə meydan deyiləndə Venesiyadakı, İsfahandakı meydanları düşünürəm.

Davudoğlu türk-kürd dövləti məsələsinə də toxunub. O bildirib ki, kürdlərin dövləti yoxdur fikri yanlışdır:

“Suriya var, Türkiyə cümhuriyyəti var. Kürdlər sonuncu dəfə Osmanlı dövlətində olublar. Kürdlər də həmçinin. Kürdlər bunu qəbul etməsələr də Tükiyə onların da dövlətidir”.

Rüfanə GÜNƏŞ

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı