Modern.az

Baş Dövlət Yol Polisi deputatların iradlarına cavab vermək istəmir

Baş Dövlət Yol Polisi deputatların iradlarına cavab vermək istəmir

Təhsil

20 Oktyabr 2014, 12:20

Milli Məclisin oktyabrın 17-də keçirilən iclasında deputatlar yol polisi əməkdaşları ilə üzləşdikləri problemlərdən danışıblar. Onlar qeyd ediblər ki, deputatlara bəzən inzibati protokol tərtib etmədən inzibati cəza kəsilir. Deputatların fikrincə, bu həm qanundakı boşluqlardan irəli gəlir, həm də Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Parlamentarilər deyirlər ki, deputatlara inzibati cəza verilə bilməz.

Deputat Ərəstun Cavadov isə qeyd edib ki, yol polisləri tez-tez onu cərimələyirlər.

“Mən Ağsuya və İsmayıllıya gedəndə yol polisləri məni cərimələyirlər. Hər dəfə 150-200 manat cərimə ödəyirəm”. 

Modern.az saytı məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən münasibət öyrənməyə cəhd edib. Lakin idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verməkdən yayınıb. Onunla hətta bir neçə dəfə əlaqə saxlamaq cəhdimiz də nəticəsiz qalıb.


Məltəm TALIBZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı