İraqın baş naziri Heydər Əl-Abadi Türkiyədən İraq sərhədlərində PKK-ya qarşı etdiyi hücumlara son verməsini istəyib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abadi İraq parlamentində İŞİD-lə bağlı etdiyi müzakirələrdə rəsmi Ankaranın İraq hökumətindən PKK-ya qarşı hücumlara icazə verməsini və PKK-nın İraq torpaqlarından çıxarılmasını tələb etdiyini bildirib. İraqın baş naziri bu tələbi rədd etdiklərini bildirib. Onun sözlərinə görə, PKK terrora, İŞİD-ə qarşı mübarizə aparır.
Bundan başqa İraq hökumətinin başçısı Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə telefonda danışdığı bildirilib. Abadi Davudoğluna PKK-ya qarşı mübarizəni dayandırmaq lazım olduğunu deyib.
Rüfanə GÜNƏŞ