Modern.az

Ukraynanın Azərbaycandakı səfiri “Qaçqınkom”a gəlib

Ukraynanın Azərbaycandakı səfiri “Qaçqınkom”a gəlib

Təhsil

20 Oktyabr 2014, 21:00


Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Ubu gün Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonu qəbul edib.

Qurumun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumarta görə, görüşdə Qarabağ problemi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu diqqətə çatdırıb.

ATƏT-in Minsk qrupunun münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllində, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qaytarılması istiqamətində fəaliyyətlərinin hələ də bir nəticə vermədiyindən təəssüfləndiyini bildirən, baş nazirin müavini münaqişənin həlli prosesində ATƏT-in Minsk qrupunun səylərinin gücləndirilməsinin və fəaliyyətlərində dönüş yaradılmasının vacibliyini vurğulayıb.
Diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Qəbulda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı