Modern.az

Vurğun Əyyub: “Müsavatda yaradılacaq fraksiyanın strukturu yoxdur”

Vurğun Əyyub: “Müsavatda yaradılacaq fraksiyanın strukturu yoxdur”

Təhsil

1 Noyabr 2014, 12:15

Müsavat Partiyası daxilində fraksiya yaratmaq ideyasının ortaya atılması qurultaydan sonrakı gərginliyin yeni mərhələsi hesab oluna bilər. Çünki bu fraksiyaya dəstək verənlərin əksəriyyəti Arif Hacılının Müsavat başqanı seçilməsinə etiraz edənlərdir.

Maraqlısı odur ki, bu fraksiyada nə qədər müsavatçının təmsil olunacağı, hədəfləri ilə bağlı yekun qənaətlər mövcud deyil.

Belə olan təqdirdə, yeni yaradılması nəzərdə tutulan  fraksiyanın fəaliyyətinin perspektivini necə dəyərləndirmək olar?

Modern.az saytına açıqlama verən Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub fraksiyanın  reallaşmasından danışmağın tez olduğunu bildirib: “Çünki fraksiyanın ortada nə bir sənədi, nə də bəlli bir strukturu var. Fraksiya yaratmaq yalnız bir ideyadır. Bunu müzakirə etmək lazımdır. Görünür, fraksiya yaratmağın zamanı çatıb. Mən bu ideyanı çox da pis qarşılamıram”.

Vurğun Əyyub yaradılması planlaşdırılan fraksiyada özünün iştirakı barədə məsələyə də münasibət bildirib. O deyib ki, ideya gerçəkləşəndən sonra bu məsələyə baxacaq.

Arif Hacılının Müsavat başqanı olmasına etiraz edənlərdən biri də Vurğun Əyyubdur. O, Müsavat başqanlığına keçmiş namizəd, Arif Hacılının əsas rəqiblərindən olan Qubad İbadoğlunun tərəfdarıdır.

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı