Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə açılan cinayət işi Haaqa beynəlxalq məhkəməsinə verilə bilər.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, baş prokurorun müavini Aleksey Baqanets bəyan edib ki, Haaqa məhkəməsinin prokuroru Ukrayna tərəfindən 2013-cü il noyabrın 21-dən 2014-cü il fevralın 22-dək baş verən hadisələrlə bağlı ittihamları dəstəkləmək üçün bütün sənədlərin təqdim olunmasını istəyib. Bundan başqa, məlum olub ki, noyabr-dekabr aylarında Haaqa tribunalının nümayəndələri Yanukoviçin işi ilə bağlı Ukraynaya gələ bilərlər. Ukraynanın keçmiş fövqəladə və səlahiyyətli səfiri Yuri Şerbak isə hesab edir ki, Rusiya Yanukoviçi sona qədər gizlədə bilməyəcək və ondan imtina edəcək. Bu səbəbdən onunla bağlı məhkəmənin Haaqada keçirilməsi şansı böyükdür.
Modern.az