Modern.az

Millət vəkilləri gənclərin idmana olan marağından danışıblar– FOTOLAR

Millət vəkilləri gənclərin idmana olan marağından danışıblar– FOTOLAR

Təhsil

1 Noyabr 2014, 13:41


“Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsi üzrə dünən Naxçıvanın Şərur rayonu ərazisində tədbir təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasi Gənclər və İdman naziri Azad Cabbarov,  AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Milli Məclisin deputatı Xanlar Vəliyev də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov gənclərin idmana olan marağından danışıb və məktəblərdə bu cür tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb. 

Daha sonra millət vəkilləri Xanlar Vəliyev və Rauf Əliyev çıxış edərək, gənclərə öz tövsiyələrini veriblər.

Tədbirdə 150-ə yaxın uşaq iştirak edib. Onlar məktəb tərəfindən pulsuz ləvazimatlarla da təmin olunublar.

Qeyd edək ki, silsilə şəklində təşkil olunan bu tədbirlərin əsas məqsədi müxtəlif sosial təbəqədən olan uşaqların xüsusi futbol konsepsiyasından istifadə etməklə onları ümumi maraq naminə birləşdirməkdir.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı