Oktyabrın 31-də saat 11:37 radələrində “Sazz” internet şirkətindən Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə Nəsimi rayonu ərazisində yerləşən baş ofisə zəng edən naməlum şəxsin “İdarəyə bomba qoyulub, qaçın” deyərək dəstəyi asması barədə məlumat daxil olub.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb. Araşdırma zamanı yalan məlumatın Neftçala rayon sakini, 13 yaşlı B.A tərəfindən verilməsi müəyyən edilib.
Modern.az