Modern.az

Etibar Məmmədov: “Ölkə rəhbərliyi ilə danışıqlarım olmayıb”

Etibar Məmmədov: “Ölkə rəhbərliyi ilə danışıqlarım olmayıb”

Təhsil

17 Noyabr 2014, 12:13

“Azərbaycan 1988-ci ilin 17 noyabrında keçirilən xalq etirazından sonra çox şeyə nail oldu. Bu, Azərbaycan tarixində SSRİ  kommunist rejiminə qarşı ilk genişmiqyaslı  hərəkat idi”.

Bunu Modern.az saytına milli-azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov deyib. Onun fikrincə, 17 noyabr milli dirçəliş hərəkatı milli zəmində başlayıb, sonradan demokratik hərəkata çevrilib: 

“Bu, sonda milli-azadlıq hərəkatına çevrilərək Azərbaycana müstəqillik qazandırdı”.

Etibar Məmmədov qeyd edib ki, 1988-ci il noyabr ayının soyuq günlərində ölkə rəhbərliyi ilə heç bir danışıqlar aparmayıb: “O vaxt mənim rəhbərliklə heç bir əlaqəm olmayıb. Azərbaycanın rəhbərliyi ilə o vaxtkı ilk tanışlığım və təmaslarım 1989-cu ildə AXC-nin təşəbbüs qrupu yaradılarkən başlayıb”.

AMİP lideri söyləyib ki, 1989-cu il iyulun 29-da Azərbaycanda yeni nümayiş dalğası başlayandan sonra rəhbərlik müraciət edərək onlarla görüş istəyib.

1988-ci il noyabrın 17-də  yüz minlərlə azərbaycanlı Ermənistanın Dağlıq Qarabağdakı təxribatlarına və SSRİ-yə qarşı etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşıb,  fasiləsiz aksiyalar keçirib. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı olub.

Lakin SSRİ qüvvələri həmin ilin dekabrın əvvəllərində mitinq iştirakçılarını dağıtmağa nail olub.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı