Modern.az

"Gürcüstan “Yeni SSRİ”-yə girmək üçün danışıqlar aparıb"

"Gürcüstan “Yeni SSRİ”-yə girmək üçün danışıqlar aparıb"

Təhsil

17 Noyabr 2014, 12:51


Gürcüstanın Leyborist Partiyası ölkənin baş naziri İrakli Qaribaşvilinin Qazaxıstana səfəri ilə bağlı maraqlı iddia ilə çıxış edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Leyborist Partiyasının siyasi məsələlər üzrə katibi Georgi Quqava İrakli Qaribaşvilinin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşündə  Gürcüstanın Avrasiya İqtisadi İttifaqında iştirakı məsələsinin müzakirə edildiyini söyləyib.

İddiaya görə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanaşvilinin təlimatı ilə Qazaxıstana gedən  İrakli Qaribaşvili Astanada Gürcüstanı Rusiyadan qaz asılılığına salmaq üçün danışıqlar aparıb.

“Astanada Gürcüstanın qaz sahəsində “Qazprom”un təsiri altına düşməsi haqqında razılaşma əldə olunub. Bu, qaz qiyməti tarifinin bahalaşmasına gətirib çıxaracaq. Energetika sahəsindəki razılaşma Gürcüstanın Avrasiya İqtisadi İttifaqına üzv olması üçün başlanğıcdır. Gürcüstan hakimiyyəti razılaşmanın məzmununu açıqlamalıdır”,-deyə Georgi Quqava bildirib.    

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili noyabrın 12-də Qazaxıstana səfər edib.

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı