
Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sabiq üzvü partiyadan istefa verdiyini bəyan edib.
Bu barədə musavat.com-a açıqlama verən Əlövsət Talışxanlı Divanın bugünkü toplantısında çıxarılan qərarlara etiraz etdiyini qeyd edib.
Ə.Talışxanlının bəynataında deyilir: “Mən Əlövsət Sayadxan oğlu Talışxanlı qeyri-legitim Divanın Səxavət Əlisoyu partiya üzvlüyündən çıxardığı qərara etiraz olaraq bu andan Müsavat Partiyası üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Daxilən müsavatçı olaraq qalıram, partiya sıralarını isə tərk edirəm. Mən bu cür demokratiyaya zidd olan insanlarla birlikdə addımlaya bilmərəm. Mən belə insanlarla bir partiyada addımlamağı şərəf və ləyaqətimə təhqir hesab edirəm. Hər şey cənab İsa Qəmbərin göstərişi ilə həyata keçirildi. Buna çox təəssüf edirəm”.
Qeyd edək ki, Müsavat Divanının bugünkü iclasında Səxavət Əlisoy partiyadan çıxarılıb, Əlövsət Talışxanlıya isə töhmət verilib.
Modern.az