Modern.az

Ermənistanın ATƏT yalanını Müdafiə Nazirliyi ifşa etdi

Ermənistanın ATƏT yalanını Müdafiə Nazirliyi ifşa etdi

Təhsil

19 Noyabr 2014, 09:20


ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ermənistana məxsus hərbi helikopterin vurulduğu ərazidə olması xəbəri yalandır, ermənilərin növbəti təxribatıdır.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Rusiya KİV-nin erməni mənbələrinə istinadən guya ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qoşunların təmas xəttində monitorinq aparan zaman Azərbaycanın Ağdam rayonunda vurulmuş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazidə olması barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil: "Bu, ermənilərin əvvəlcədən planlaşdırdığı və növbəti dəfə mətbuata sızdırdığı təxribat xarakterli yalandır. Monitorinq əvvəlcədən planlaşdırılmış ərazidə aparılıb ki, bu da helikopterin düşdüyü yerdən 20 km uzaqdadır".

 Polkovnik V.Dərgahlı əlavə edib ki, ATƏT nümayəndələrinin təhlükəsizliyi yalnız monitorinqin aparıldığı ərazidə təmin edilir.  

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı