Qlobal Terror İndeksinə görə 2013-cü ildə terror hücumları zamanı 18 min adam ölüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə terrordan ən çox zərər çəkən 17-ci ölkə olub.
Mərkəzi Nyu-Yorkda olan İqtisadiyyat və Sülh İnstitutunun (IEP) açıqladığı 2014-cü il Qlobal Terrorizm İndeksinə görə 2013-cü ildə bir əvvəlki ilə nisbətlə 44 faiz artımla təxminən 10 min terror hücumu təşkil edilib. Terror hücumlarında ölənlərin sayında isə 61 faiz artım qeydə alınıb. Terror hücumlarındakı ölümlərin 66 faizinə “İraq Şam İslam Dövləti” “Əl Qaidə”, “Boko Haram” və Taliban təşkilatlarının məsul olduğuna diqqət çəkilən hesabatda, 2013-cü ildə 60 ölkədəki terror hücumlarında 17 min 958 adamın həyatını itirdiyi öz əksini tapıb. 2000-2013-cü illər arasında ən çox ölümə səbəb olan təşkilat 8 min 763 adam ilə Taliban olarkən, təşkilatı 8 min 585 adam ilə “Əl Qaidə”, 3 min 440 adam ilə “Boko Haram” və 3 min 111 adam ilə İŞİD izləyir.Hesabata görə, hücumlarda 6 min 362 adamın həyatını itirdiyi İraq, terrordan ən çox zərər çəkən ölkə olub. Türkiyə isə 162 ölkə arasında terrordan ən çox zərər çəkən 17-çi ölkədir. Türkiyədə 2013-cü ildə 34 terror hadisəsinin olduğu, 57 adamın terror hadisələrində öldüyü, 162 adamın da yaralandığı bildirilir.
Türkiyəni Meksika izləyir. 2014-cü ildə ən çox terror riski olan ölkələr isə Anqola, Banqladeş, Orta Afrika Respublikası, Fil dişi Sahili, Efiopiya, İran, İsrail, Maliyyə, Meksika, Myanma, Sri-Lanka və Uqandadır.
Modern.az