“Mənim əzizlərim dünən müxtəlif xəbər saytlarda mənim səhhətimlə bağlı yayılmış məlumat yanlışdır.Vəziyyətim normaldır ev şəraitində müalicəmi davam elətdirirəm.Narahatçılığa heç bir səbəb yoxdur. Hamınıza təşşəkür edirəm!”.
Modern.az xəbər verir ki, bunu xalq şairi , uzun müddətdir ki, mədə xərçəngindən əziyyət çəkən Vaqif Səmədoğlu mətbuatda səhhətinin pisləşməsi ilə bağlı yazılanlara etiraz olaraq bildirib.
Qeyd edək ki, müalicəsini mütəmadi olaraq İsraeldə və vətəndə davam etdirən xalq şairinin ağrıları olsa da vəziyyət yazıldığı qədər də kəskin deyil.
Elmin NURİ