Modern.az

İŞİD iki fransalı cihadçının videosunu yayıb

İŞİD iki fransalı cihadçının videosunu yayıb

Təhsil

19 Noyabr 2014, 16:35

Keçən  il Suriyada əsir düşən amerikalı Ədürrəhman Kassinqin yeni videosu yayılıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, videoda iki Fransız cihadçı müşahidə olunur. Fransa dövləti də videoda Kassinqin olduğunu təsdiqləyib. Həmin girovu “İraq Şam İslam Dövləti”nin (İŞİD) döyüşçüləri öldürüb.

Avstraliyada səfərdə olan Fransa prezidenti Fransua Olland jurnalistlərə açıqlamasında bildirib ki, həmin videoda 2 fransalı var: “Birinin fransalı olması təsdiqlənib, digərinin kimliyi araşdırılır. Videoda iki yaraqlının rolunun dəqiq nədən ibarət olması göstərilməyib”.

Prezident həmin cihadçıların ailələrinə ətraflı məlumat veriləcəyini deyib. O, ailələri gənc övladlarının başı üstündə ayıq dayanmağa çağırıb.

Fransua Olland çıxışı zamanı videoda keçən il Suriyada oğurlanan Əbdürrəhman Kassinqin kəsilən başının göstərildiyini deyib. Fransa hökumət yeni pasportlarla yaraqlılara qoşulmaq üçün xaricə gedən insanların qarşısının alınması üçün polisə geniş səlahiyyətlər  verib. Fransa mətbuatı anonim rəsmi mənbələrə istinadən həmin 22 yaşlı gəncin Parisin şərqindən olduğunu yazıb. Fransadan olan cihadçıların 1000 nəfərə yaxının Suriyaya və İraqa getdiyi bildirilir.  

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı