Dekabr ayında Rusiya və Türkiyə prezidentləri Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçıları əməkdaşlığın yeni istiqamətlərini müdafiə edəcəklər. Məlumata görə, Rusiyanın lideri deyib ki, Türkiyə ilə münasibətlər xüsusilə energetika sahəsində keygiyyətcə yeni mərhələyə keçib: “Bizim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sıx qarşılıqlı fəaliyyətimiz mövcuddur. Hesab edirik ki, dekabrda keçiriləcək yüksək əməkdaşlıq şueasının iclasında daha dinamik irəliləyiş üçün yeni istiqamətləri müəyyənləşdirərik”.
Modern.az