Modern.az

Qarabağ separatçılarının rəhbəri Parisə gedib

Qarabağ separatçılarının rəhbəri Parisə gedib

Təhsil

21 Noyabr 2014, 11:53



Dağlıq Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan Parisə işgüzar səfərə gedib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, dünəndən Fransada olan Saakyan “Ayaystan” ümumerməni fondunun baş ofisinə baş çəkib. Separatçıların lideri deyib ki, Fransadakı erməni icması ən təşkilatlanmış diaspordur və qondarma respublika ilə diaspor arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayır.
Belə məlum olur ki, Saakyan yenə erməni diasporundan pul dilənməyə yollanıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı