Modern.az

“Bakı Metropoliteni”nin 6 müdavimi İstanbula göndərilib

“Bakı Metropoliteni”nin 6 müdavimi İstanbula göndərilib

Təhsil

21 Noyabr 2014, 12:15


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin 6 nəfər müdavimi Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıblar.

  Bu barədə Modern.az-a metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib: “Bakı Metropoliteni”nin nəzdində yaradılan təlim-tədris mərkəzi əhatə dairəsini genişləndirir. Artıq mərkəzin ilk müdavimləri Türkiyəyə yola düşüblər. Xəbər verildiyi kimi, Fransanın “Thales SA” şirkəti ilə bağlanan müqaviləyə uyğun olaraq “Bənövşəyi xəttə” tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı təlim-tədris mərkəzində kurslara başlanılıb. Fransız mütəxəssislərin keçdiyi iki həftəlik məşğələlərdən sonra “Bakı Metropoliteni”nin 6 nəfər müdavimi Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıblar”.  

Nəsimi Paşayev bildirib ki, məşğələlər “Thales SA”nın İstanbul metropolitenindəki tədris mərkəzində davam etdirilir. Bununla da 3 mərhələdən ibarət tədris prosesi ikinci mərhələsinə qədəm qoyub:

“Üç həftə ərzində Bakı metropoliteninin nümayəndələri yeraltı magistraldakı mövcud işarəvərmə və rabitə sistemlərini yeni tikilən sahələrdə əvəz edəcək CBTC sisteminin işi ilə praktiki surətdə tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin 3-cü mərhələsi başlayacaq. Məşğələlər yanvar ayında Kanadanın Toronto metropolitendə keçiriləcək. Kurslarda əldə edilən biliklərdən sonradan metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssisələr aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər”.    

Gülşən RAUFQIZI
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı