Modern.az

Sərdar Cəlaloğlu Heydər Əliyevin İbrahim İbrahimliyə vəzifə verməsinin təfərrüatlarını AÇIQLADI

Sərdar Cəlaloğlu Heydər Əliyevin İbrahim İbrahimliyə vəzifə verməsinin təfərrüatlarını AÇIQLADI

Təhsil

21 Noyabr 2014, 12:24

Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan KXCP, ADP, AXP və ALDP-nin hakimiyyətlə dialoq üçün Prezident Administrasiyasına müraciət etməsini Milli Şura üzvü İbrahim İbrahimli sərt tənqid edib. O, 4 partiyanın bu addımını az qala “hakimiyyətə satılmaq” kimi dəyərləndirib.

ADP sədri Sərdar Cəlaloğlu isə onun bu ittihamlarına cavab verərkən deyib ki, İbrahim İbrahimli Heydər Əliyev Naxçıvanda olarkən onun mətbuat naziri vəzifəsini icra edib.

Məsələ ilə bağlı İbrahim İbrahimlinin mövqeyini öyrənməyə çalışsaq da, o yas yerində olduğundan sualımızı cavablandıra bilməyib.

İbrahim İbrahimlinin mətbuat naziri olmasına dair Sərdar Cəlaloğlu isə təfərrüatları ilə məlumat verib.

ADP sədri Modern.az saytına açıqlamasında deyib ki, İbrahim İbrahimli Naxçıvanda mətbuat nazirliyi səviyyəsində olan mətbuat və informasiya komitəsinin sədrliyinə təyin edilib: “Bu təyinatı Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olarkən etmişdi”.

Partiya rəhbəri onu da qeyd edib ki, İbrahim İbrahimli Heydər Əliyev Naxçıvana gələndə nə onun tərəfdarları, nə də əleyhdarları cəbhəsində yer alıb: “Səmimi şəkildə deyirəm ki, İbrahim İbrahimli açıq şəkildə Heydər Əliyevin tərəfdarı deyildi. Amma onun əleyhdarlarına da qoşulmamışdı. İbrahim İbrahimli orta mövqedə idi. Məhz orta mövqe tutduğuna görə Heydər Əliyev ona həmin vəzifəni vermişdi”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı