Modern.az

Azərbaycanda ağır növ narkotik satan dəstə yaxalanıb

Azərbaycanda ağır növ narkotik satan dəstə yaxalanıb

Təhsil

21 Noyabr 2014, 13:09

Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı