Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi böyük miqdarda narkotik alverçisi kimi təqsirləndirilən Türkiyə vətəndaşı Əli Əhmət Ağırdaşın bu gün edam edildiyini açıqlayıb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, türk vətəndaşı haqqında məhkəmənin verdiyi ölüm qərarı bu gün həyata keçirilib.Xatırladaq ki, 34 yaşındakı Ağırdaş 2006-cı ildə Səudiyyə Ərəbistanın paytaxtı Riyad şəhərində işləməyə gedib. O, burada restoranların birində ofisiant olaraq çalışıb. Ə. Əhmət bir müddət öncə narkotik deposuna təşkil edilən basqında tutularaq həbs olunub. Məhkəmənin qərarı ilə Ağırdaş 2008-ci ilin may ayında edam cəzəsına məhkum edilib.
Qeyd edək ki, mərhumun anası Hindiyə Ağırdaş oğlunun günahsız olduğunu deyərək, onun azadlığa buraxılması üçün prezidentdən, baş nazirdən kömək istəmişdi.
Məltəm TALIBZADƏ