Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümü ilə əlaqədar “YAP-22 il” adlı yubiley tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında mərhum dövlət başçısının abidəsini ziyarət ediblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra YAP Füzuli rayon rayon təşkilatının sədri Almaz Həşimova tədbirdə məruzə ilə çıxış edib, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiyanın keçdiyi yoldan, ötən 22 ildə qazanılmış uğurlardan danışıb. Bildirib ki, YAP rayon təşkilatı bu gün ətrafında 5731 üzvü birləşdirir. Onlardan 3435 nəfəri kişi, 2296 nəfəri qadın, 1430-u isə gəncdir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yubiley münasibətilə tədbir iştirakçılarını təbrik edib, Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasında, Yeni Azərbaycan Partiyasının roludan danışıb.
“Ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən aparıcı siyasi qüvvəyə çevrilmişdir. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən ulu öndərin rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində böyük inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Prezident cənab İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görmüşdür”.
İcra başçısı bildirib ki, sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən YAP Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Alı Alıyevin sözlərinə görə, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan regionun ən nüfuzlu siyasi qüvvəsinə çevrilib.
Tədbirdə YAP rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərman və hədiyyələr, partiya sıralarına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.




Modern.az