Modern.az

Rauf Mirqədirovun həbs müddəti uzadılıb

Rauf Mirqədirovun həbs müddəti uzadılıb

Təhsil

21 Noyabr 2014, 15:37

“Əldə etdiyimiz məlumata görə dünən gizli məhkəmə iclası qurulub və Rauf Mirqədirov barəsində seçilən həbs-qətiimkan tədbirinin müddəti uzadılıb. Bu qərarı hansı hakimin çıxardığını öyrənməyə və sənədlər əldə etməyə çalışırıq”.

Bu barədə Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

O, bildirib ki, bu dəqiqələrdə digər vəkil Fuad Ağayevlə birlikdə Nəsimi rayon Məhkəməsinə iki şikayət ərizəsilə müraicət ediblər:

“Müraciətimizi qəbul etdilər. Müraciətin biri Rauf Mirqədirovun qanunsuz olaraq həbsdə saxlanılması ilə bağlıdır. Digər müraciət isə vəkillərin müvəkillə görüşməsinin qarşısının alınmasıdır. Biz dərhal Rauf Mirqədirovla görüşümüzün bərpa edilməsini tələb edirik”.


***

Təqsirləndirilən şəxs Rauf Mirqədirovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bitdiyindən, onun həbsdə saxlanılma müddəti qanunla nəzərdə tutulmuş qaydada daha 5 ay müddətinə uzadılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E.Sultanov bildirib ki, R.Mirqədirovun müdafiə hüquqları təmin edilməklə, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycanın suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkilllər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

R.Mirqədirov aprelin 19-da qeyd edilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə daha sonra R.Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 4 ay uzadılması barədə qərar qəbul edib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı