Modern.az

İndoneziyada “Azərbaycan günü” keçirildi - FOTOLAR

İndoneziyada “Azərbaycan günü” keçirildi - FOTOLAR

Təhsil

21 Noyabr 2014, 16:40

"Azerbaijan Day" in İndoneziyada hər il keçirilən “High-Scope” məktəbəqədərki beynəlxalq tədris müəssisəsində keçirilən beynəlxalq tədbirləri çərçivəsində ilk dəfə olaraq bu il "Azərbaycan günü" də yer alıb. Həmin gündə uşaqlar Azərbaycan dilində danışmağı, saymağı, özlərini təqdim etməyi öyrəniblər. Modern.az-ın məlumatına görə, bir həftə davam edən beynəlxalq günlərdə Amerika, Çin, Koreya, Yaponiya, Fransa ilə yanaşı, “Azərbaycan günü” də qeyd olunub.

İndoneziyada magistr təhsili alan Azərbaycanlı tələbə Elmar İskəndərov saytımıaza bildirib ki, belə bir günün təşkil olunmasında məqsəd Azərbaycanı tanıtmaqdır:

“İndoneziya məktəblərində və universitetlərində hər il keçirilən beynəlxalq günlərdə və mədəniyyət gecələrində Azərbaycanı daim təmsil etməyə çalışırıq. Nəzərə alsaq ki, Azərbaycan İndoneziyada yeni-yeni tanınmağa başlayır, bu kimi tədbirlərin tez-tez keçirilməsi vacibdir. Burada məqsəd istər məktəblilərə, istərsə də tələbələrə, həmçinin də ümumilikdə İndoneziyada gənc nəslə Azərbaycan haqqında biliklər və sevgi aşılamaqdır. Qeyd edək ki, bu kimi beynəlxalq tədbirlərdə adətən yerli televiziya kanalları da iştirak edib reportaj hazırlayırlar. Qarşıda duran vəzifələrdən biri isə İndoneziyanın bir neçə aparıcı universitetlərinin kitabxanalarına Azərbaycan həqiqətləri haqqında, mövcud siyasi durum, iqtisadi inkişaf, Dağlıq Qarabağın işğalı haqqında kitabların təqdim edilərək yerləşdirilməsidir. Qeyd olunan kitabları Cakartadakı səfirliyimiz vasitəsilə əldə etmişik, universitetlərlə danışıqlar aparıram tezliklə istəyimizə nail olacağıq”.





Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı