Modern.az

Azərbaycanlı gənclər üçün məlumatlandırıcı VİDEO

Azərbaycanlı gənclər üçün məlumatlandırıcı   VİDEO

Təhsil

21 Noyabr 2014, 17:46


Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi gənclər üçün yeni məlumatlandırıcı videoçarx hazırlayıb. Modern.az xəbər verir ki, bu barədə Mərkəzin yaydığı məlumatda bildirilir. Videoçarx insanların iqtisadiyyatın dəyərli bir resursu olduğundan bəhs edir və İnsan Kapitalı haqqında geniş məlumat verir. “İnsan Kapitalı anlayışının hansı meyarları özündə cəmləşdirdiyi və əhəmiyyətini əsaslandıran bu tipli sosial çarxlar məhz gənclərimizi məlumatlandırılmasına xidmət edir və Mərkəz tərəfindən davamlı şəkildə hazırlanacaq”, - İNDEX-dən bildirilib. Qeyd edək ki, 2013-cü ilin aprel ayında qurulmuş və bir illik fəaliyyəti zamanı azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olan AzeDer, yeni tədris ilindən etibarən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq fəaliyyətini davam etdirir.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı