Modern.az

Tanınmış futbolçu 28 yaşında orta məktəbi bitirdi

Tanınmış futbolçu 28 yaşında orta məktəbi bitirdi

Təhsil

21 Noyabr 2014, 23:19


Madridin “Real” və İspaniya millisinin müdafiəçisi Serxio Ramos 28 yaşında, nəhayət orta məktəbi bitirib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ekologiya və biologiyadan imtahan verəndən sonra attestat alıb. Ramos məktəbi 2004-cü ildə buraxaraq “Sevilya”nın əsas komandasında oynamağa başlayıb. 2005-ci ildə “Real”a keçib. Ramos bütün bu illərdə zaman-zaman imtahan verib.

Ramos Avropa və dünya , üçqat İspaniya çempionudur.  O həm də iki dəfə ölkə kubokunu, İspaniyanın superkubokunu, Cemionlar Liqasının və Avropa superkubokunu qazanıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı