Modern.az

Kiyevdə insanların güllələnməsinin yeni VİDEOSU yayımlanıb

Kiyevdə insanların güllələnməsinin yeni VİDEOSU yayımlanıb

Təhsil

13 Dekabr 2014, 13:49

Ukraynada keçmiş prezident Viktor Yanukoviç hakimiyyətinin devrilməsi ilə nəticələnən Maydan hərəkatının yeni videosu yayılıb. Modern.az Ukrayna mətbuatına isitnadən xəbər verir ki, yeni görüntülərdə 2014-cü il fevralın 20-də Kiyevin İnstitutsk küçəsində hərbçilərin etirazçıları güllələməsi təsvir olunur.

Videodan aydın olur ki, “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunların hərbçiləri etirazçılar qarşısında sürətlə geri çəkilirlər və İnstitutsk küçəsindəki yük maşınlarında və barrikadalarda mövqe qururlar.

“Belə görünür ki, məhz həmin yük maşınlarından və barrikadalardan insanlara atəş açılırdı”, -deyə videonu şərh edən ukraynalılar yazıb.

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Maydan hadisələrində 390 polis əməkdaşı iştirak edib. Onların açdığı snayper atəşi 100-dən atıq insanın həyatına son qoyub.

 



Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı