
"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində İtaliya "İnter"i ilə Bakıda keçirilmiş son oyunda baş hakim Miroslav Zelinkanın qeydə almadığı qolla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinə müraciət edib.
Şikayətdə həm qolun qeydə alınmaması, həm də matçın əlavə edilmiş vaxtdan daha tez bitdiyi qeyd edilib.
Modern.az xəbər verir ki, "Qarabağ" klubunun vəkili Gurur Gunal Lider TV-yə aşıqlamasında "Qarabağ"ın məhkəmə iddiası ilə bağlı şanslarını dəyərləndirib.
Qeyd edək ki, bazar ertesi UEFA-nın mənzil qərargahında klubun məhkəmə iddiası ilə bağlı məsələsinə baxılacaq və əgər müsbət cavab gələrsə məhkəmə baş tutacaq.
“Qarabağ”ın vəkili Gurur Günal “Qarabağ”ın oyununun yenidən keçirilmə ehtimalını dəyərləndirib: “Biz müraciətimizdə oyunun yenidən keçirilməsinə qərar verilməsini tələb etmişik. Əgər tələbimiz yerinə yetirilsə, oyun yenidən keçiriləcək. Görüntüləri izləyərkən də görünür ki, 93:12-ci saniyədə azarkeşlər “qol” deyə ayaga qalxır, tabloda da hesab 1:0 olaraq yazılır. Təxminən 30 saniyə sonra hakim köməkçiləri ilə danışaraq ofsayd qərarı verir. Bu 30 saniyədən sonra boşa gedən 18 saniyəlik bir vaxt da var. Bütün bunların nəzərə alınması lazımdı. Videoları təkrar-təkrar izləyərkən hamısı açıq-aşkar görünür. Bu iddialarımızı dəyərləndirsələr, oyunun nəticəsinin dəyişməsinə təsir edən vəziyyətin oldugu qənaətinə gəlsələr, etiramızı qəbul edəcəklər. Biz tələb etmişik ki, oyun yenidən keçirilsin. İddialarımızla razılaşsalar, bu, qəbul olunacaq”.