Modern.az

Bakının bəzi hissələrində su olmayacaq

Bakının bəzi hissələrində su olmayacaq

Təhsil

17 Dekabr 2014, 10:18


Bakının bəzi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindən keçən 500 mm  diametrli magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 17 dekabr 2014-cü il tarixdə gün ərzində  Ə.Ələkbərov, M.Müşfiq, Ş.Mehdiyev, İ.Qutqaşenli   küçələrinin bir hissəsinə, 507, 511, 522, 528, 534, 535, 547, 559, 560, 565-ci məhəllələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı