Modern.az

Pakistanda 500 nəfər edam ediləcək

Pakistanda 500 nəfər edam ediləcək

Təhsil

23 Dekabr 2014, 00:38


“Taliban” yaraqlılarının Pakistanın Peşəvar şəhərindəki məktəblərin birində terror aktı törətməsindən sonra bu ölkədə yenidən edam cəzasının tətbiqi başlanılıb.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bu məqsədlə 500 nəfərin edam ediləcəyi gözlənilir.   Pakistan rəsmiləri bildiriblər ki, hazırda 6 nəfər edam olunub. Yayılan məlumata görə Pakistan Daxili İşlər Nazirliyi 500 nəfər haqqında edam qərarı verib və edam olunacaq şəxslərin əfv istəkləri rədd edilib.  

Qeyd edək ki, dekabrın 16-da “Taliban” terrorçularının  Peşəvər şəhərindəki məktəbə hücumu zamanı 140 nəfər ölüb. Son məlumatlara görə, 148 nəfər hücumun qurbanı olub.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı