Modern.az

Moskvada Qarabağla bağlı bəyanat verildi

Moskvada Qarabağla bağlı bəyanat verildi

Təhsil

23 Dekabr 2014, 16:06


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  (KTMT) bu gün Moskvada keçirilən şura iclasında 22 sənəd imzalanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, KTMT-ya üzv ölkələrin prezidentləri regionda təhlükəsizlik məsələləri ilə bağlı bəyanat da qəbul ediblər.

Prezidentlərin terrorizm risklərinin artmasından narahatlıq öz əksini tapıb. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi də vurğulanıb.  Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyanat barədə məlumat verib:  

“Bəyanatda Əfqanıstan amilini nəzərə alaraq,  Mərkəzi Asiyada ekstremizmin yayılması, Ukraynada sülhün bərpası, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, regional məsələlər üzrə  mövqelər təsbit edilir”.  

Qeyd edək ki, KTMT-ya Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan üzvdür.    

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı