İsrail Futbol Federasiyası “Seqev Şalom” klubunun oyunçusu Əttaf Əbu Bilala 99 il müddətinə futbol oynamaq qadağası qoyub.
Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, futbolçunun diskalifikasiya olunmasına səbəb kimi Bilalın İsrail çempionatı ilə yanaşı, Fələstin muxtariyyətinin də futbol birinciliyində çıxış etməsi olub.Maraqlıdır ki, öncə futbolçunu ömürlük diskalifikasiya edən İsrail futbol rəsmiləri sonradan cəzanı yüngülləşdirərək 99 ilə endiriblər. Əbu Bilal əlavə olaraq 200 avro da cərimə olunub.
Modern.az