Modern.az

Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verildi

Asəf Hacıyevin deputat səlahiyyətlərinə xitam verildi

Təhsil

7 Yanvar 2015, 16:24


Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisin deputatı Asəf Hacıyevin səlahiyyətlərinə xitam verib. Modern.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında bu barədə qərar qəbul edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının 9-da Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi seçilib. O, deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət edib.

Təşkilatın Parlament Assambleyasının baş katibliyi İstanbulda yerləşir. Buna görə də Asəf Hacıyev Türkiyədə fəaliyyət göstərəcək.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə