Modern.az

Kerri və Lavrov bir araya gələcək – RƏSMİ

Kerri və Lavrov bir araya gələcək – RƏSMİ

Təhsil

26 Fevral 2015, 23:50


ABŞ dövlət katibi Con Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla martın 2-də danışıqlar aparmağı planlaşdırır. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

  Onun sözlərinə görə  Con Kerri gələn həftə İranın nüvə siyasəti ilə bağlı Cenevrədə baş tutacaq müzakirələr çərçivəsində Sergay Lavrovla da görüşəcək.  

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, görüşdə əsas müzakirə mövzusu Ukrayna münaqişəsi ilə bağlı olacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı