Modern.az

Rəsul Quliyev Nemtsovun ölümündən YAZDI: “Bu “KQB”nin dəsti-xəttidir”

Rəsul Quliyev Nemtsovun ölümündən YAZDI: “Bu “KQB”nin dəsti-xəttidir”

Təhsil

28 Fevral 2015, 14:10

ABŞ-da mühacir həyatı yaşayan Azərbaycan Milli Məclisinin sabiq spikeri Rəsul Quliyev fevralın 28-nə keçən gecə Moskvada qətlə yetirilmiş tanınmış rusiyalı siyasi xadim Boris Nemtsovun ölümünə münasibət bildirib. Modern.az-ın məlumatına görə, Rəsul Quliyev hadisə haqda qeyd edib:

“Bu gün Moskvanın mərkəzində Putinə ən radikal müxalifət lideri Boris Nemtsov amansızlıqla qətlə yetrilib. Bu “KQB”nin 1920-ci illərdən başlamış 1930-53-cü ilə qədər xüsusi amansızlıqla formalaşmış dəsti-xəttidir. Bu illər ərzində həm daxildə, həm də xaricdə radikal müxalifətdə olan liderlərin qətlə yetirilməsi prosesi davam edib. Putin bir daha sübut etdi ki, keçmiş “KQB” işçisi olmur. Putin indiyə qədər ona radikal müxalifətdə olan 3-cü adamı öldürdü. Politkovskaya (Moskvada), Litvinenko (İngiltərədə) indi də Nemtsov. 1 martda Moskvada mitinq olmalıdır. Mitinqə 100 mindən çox insannın çıxacağı gözlənilir. Sözsüz ki, o mitinqdə Putin siyasətinə qarşı ən radikal çıxışı prezident Poroşenko və prezident Saakaşvilinin dostu Nemtsov edəcəkdi.

Putin Nemtsovla bağlı cinayəti törədənlərlə şəxsən özü məşğul olacağını artıq bəyan edib. Politkovskaya öldürüləndə də belə bir bəyanatla çıxış etmişdi. 10 il keçib cinayət açılmayıb. İndi də ondakı kimi kimlərisə həbs edəcəklər (çox ehtimal Ramzan Kadırovun qoçularından) və guya,  istintaq davam edəcək. Nəticədə cinayət sübuta çatmayacaq.

Bu hadisədən istifadə edib hökümət ya mitinqi keçirməyi ləğv edəcək, ya da camaatı qorxudan şayiələr yayıb mitinqə gedənlərin sayını azaltmağa çalışacaqlar. Mən müxalifətin yerinə olsam Nemtsovla vidalaşmanı mitinq keçirilən yerdə təşkil edərdim (ən azı buna cəhd edərdim). Müxalifət Putini yaxın vaxtlarda ciddi təşvişə sala bilməsə, fiziki represiyalar davam etdiriləcək”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı