Modern.az

Zakir Həsənov cəbhə bölgəsində - FOTOLAR

Zakir Həsənov cəbhə bölgəsində - FOTOLAR

Təhsil

28 Fevral 2015, 14:43

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub və nazirliyin rəhbərliyinin iştirakı ilə komandir heyəti ilə toplantı keçirib.

Modern.az xəbər verir ki, toplantıda birlik, birləşmə, hərbi hissə komandirləri və qərargah rəisləri iştirak ediblər.

Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlər müzakirə edilib.

Müdafiə naziri tərəfindən döyüş qabiliyyətinin daha da yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı