Modern.az

“Azərsığorta” Qarabağ əlili Sərxan Tahirzadənin şikayətinə cavab verdi

“Azərsığorta” Qarabağ əlili Sərxan Tahirzadənin şikayətinə cavab verdi

Təhsil

4 Mart 2015, 13:10

Azərbaycan Respublikası Dövlət Kommersiya Sığorta Şirkəti (“Azərsığorta”) İdarə Heyəti sədrinin 1-ci müavini Aftandil Hacıyev Moden.az saytına açıqlamasında ötən ilin yayında Qarabağ döyüşlərində hər iki ayağını itirmiş keçmiş əsgər, qazi Sərxan Tahirzadənin şikayətinə münasibət bildirib.

A.Hacıyev bildirib ki, bu adda şəxs onlarda qeydiyyatda deyil:

“Bizim şirkətə Sərxan Tahirzadə adlı şəxsin ayaqlarını itirməsilə bağlı hər hansı sənəd daxil olmayıb. Ona görə də bizə ünvanlanmış ittihamlar yersizdir”.

Sərxan Tahirzadə 2014-cü ilin avqustunda ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirib. Yaralı əsgər TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb. S.Tahirzadə ona olan biganə münasibətdən şikayət edərək “Azərsığorta” Dövlət Şirkətini ittiham edib, yaralandığına görə hələ də sığorta pulu ala bilmədiyini deyib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı